AZ    EN    RU

Bazar, 28 Aprel 2024
(+994 36) 544-49-41  (+994 36) 554-03-87  duzdag@nakhchivan.az Duzdağ şaxtası yolu Naxçıvan, Azərbaycan

Xəstəxana açılan dövrdən indiyədək 35000-ə yaxın xəstə müalicə olunmuşdur (Speleoterapiya). Bu xəstələrin 30-35%-də boğulma tutmaları 3-5 il olmamışdır. Uşaqlarda bu göstərici daha yaxşı olmuşdur.

Yaxşılaşma uşaqlarda 4-cü, 5-ci günü qeyd edilir. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında, bəzilərində isə yaşayış yerinə gedəndən 15-30 gündən sonra qeyd edilir.

Bronxial astmalı şəxslərdə speleoterapiyadan sonra boğulma tutmalarının sayı azalır və ya kəsilir; quru öskürək azalır və ya bəlğəmli öskürəklə əvəz olunur; yuxuları yaxşılaşır (gecə boğulma tutmaları azalır və ya kəsilir), təngnəfəslik azalır; qanda leykositlərin və eozinofillərin artmış miqdarı azalır; bəlğəmdə eozinofillər azalır; eritrositlərin çökmə sürəti normaya düşür; ağciyərlərin bir dəqiqəlik tənəffüs sayı azalır; bronx yolları təmizlənir (xəstələr havanı daha rahat alırlar); nəbzləri normallaşır və ya taxikardiya narahat etmir; sistolik və diastolik təzyiq nisbətən aşağı düşür (şaxtanın hipotenzif təsirini qeyd etməmək mümkün deyil).

Elektrokardioqrammada yüksəlmiş T dişinin amplitudası nisbətən azalır. Qanın plazmasında sərbəst histaminin miqdarı azalır; histaminaza isə artır; histidindekorboksilaza azalır; nisbətən çox itirilmiş kalium bərpa olunur; kalsiumun və natriumun artmış miqdarı aşağı düşür.

Speleoterapiya nəticəsində albuminlərin miqdarı çoxalaraq 53-67%-ə qədər; qlobulinlərin miqdarı azalaraq 17,7-18,5%-ə çatır. Bu onu göstərir ki, qara ciyərin zülal əmələ gətirməsi yaxşılaşır.                             

Bronxial astmalı xəstələrdə terapevtik effekt şaxtanın xüsusi mikroiqlimi, allergenlərin olmaması (allergen-allergik reaksiyaları törədən bir faktordur), havada aerozol şəkildə Na+ və Cl+ ionlarının olması nəticəsində yaranır. Daimi barometrik təzyiqin nəticəsində allergik iltihaba reflektor təsir göstərilir. Allergik reaksiyaların zənciri qırılır və nəticədə kliniki, biokimyəvi effektlər yaranır.

Ümumiyyətlə, müalicə kompleks aparılarsa daha yaxşıdır.

Allergiyaya həssas qidalar (limon, mandarin, portağal, moruq, yumurta, şokolad, balıq və yoxlanılan digər allergik qidalar) qəbulu dayandırılmalıdır.

Xəstə ağır halda olduqda eliminasion terapiya yanaşı təyin edilir.

Bronxial astma ilə yanaşı  Mərkəzdə astmatik bronxit, predastma, pollinoz kimi xəstəliklər də speleoterapiyadan sonra yaxşı nəticə verir.

Pollinoz (ingiliscə “Pollen”-tozcuq deməkdir) – allergik xəstəliklərin atopik qrupundandır. Bir sıra bitki, ağaclar, kolların allergen kimi tozcuqların təsirindən həssaslığa  yüksək  olan  adamlarda  konyuktivanın  iltihabı, burunun  selikli qişasının iltihabı, (rinit) bəzi hallarda isə bronxiolların, dəri və mədə bağırsağın selikli qişasının iltihabını verərək pollinoz adlı xəstəlik törədir. Xəstəlik mövsümi xarakter daşıdığından, yəni xəstənin hansı ayda pis olmağa başladığı vaxtdan 20-30 gün əvvəl speleoterapiya almalıdır.

Remissiya müddətini uzatmaq üçün xəstələrə ildə bir dəfə olmaqla 3 il dalbadal speleoterapiya kursu keçməsi tövsiyə edilir.